ABŞ İranla aparılan danışıqlar dövründə İran neftinə qarşı tətbiq edilən sanksiyaların fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib. Bu barədə danışıqlar prosesinə yaxın mənbəyə istinadən Tasnim xəbər agentliyi məlumat yayıb.
Agentlik xatırladıb ki, İran ABŞ sanksiyalarının tam şəkildə ləğvində israr edir və bu bəndi öz sülh sazişi versiyasına daxil edib. Tasnim-in məlumatına görə, ABŞ isə cavab olaraq yalnız yekun razılaşma əldə olunana qədər “sanksiyalardan müvəqqəti istisna”nı təsdiqləyib.
Bu gün İran Pakistan vasitəsilə ABŞ-nin nizamlanma ilə bağlı təkliflərinə cavab verib. Reuters yazır ki, Amerikanın təşəbbüslərinə cavab 14 bənddən ibarətdir.







