Böyük Britaniyada benzin qiymətləri İran müharibəsinin başlanmasından bəri maksimuma çatıb

Böyük Britaniyada benzinin orta qiyməti İran müharibəsinin başlanmasından bəri yeni rekord həddə yüksəlib. Bu barədə RAC məlumat yayıb.

Şirkətin məlumatına görə, qurğuşunsuz benzinin bir litrinin qiyməti 1,5852 funt sterlinqə (2,12 dollar) çatıb. Əvvəlki pik göstərici aprelin ortalarında qeydə alınmışdı — litr üçün 1,5231 funt sterlinq. ABŞ və Israelin İrana zərbələr endirməsindən əvvəl isə benzinin qiyməti litr üçün 1,32 funt sterlinq (1,77 dollar) idi.

RAC xəbərdarlıq edib ki, əgər dünya neft qiymətləri “kəskin və uzunmüddətli eniş” göstərməsə, yaxın həftələrdə qiymətlər artmağa davam edəcək və litr üçün 1,60 funt sterlinqə (2,14 dollar) çatacaq.

Dizel yanacağının qiyməti isə litr üçün 1,86 funt sterlinqə (2,49 dollar) yüksəlib. Halbuki 28 fevrala qədər bu göstərici 1,42 funt sterlinq (1,90 dollar) idi.

Son xəbərlər
Digər xəbərlər