“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin olunması istiqamətində növbəti böyük satınalma müsabiqəsinə yekun vurub.
Müsabiqənin nəticələrinə əsasən, Xocavənd, Ağdərə və Xocalı rayonlarının bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkəsinin yenidən qurulması işləri “Harmony Industrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib.
Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi dəyəri 14 897 997 manat) təşkil edir.
Layihə çərçivəsində aşağıdakı yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkələri tamamilə yenidən qurulacaq:
-
Xocavənd rayonu: Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Sos kəndi;
-
Ağdərə rayonu: Vəngli, Çıldıran, Heyvalı və Kolatağ kəndləri;
-
Xocalı rayonu: Xanabad və Şuşakənd kəndləri.







