İlon Maska məxsus “SpaceX” şirkəti səhmlərini iyunun 12-də ABŞ-nin NASDAQ birjasında yerləşdirməyi planlaşdırır. Onun tarixdə ən böyük IPO olması gözlənilir. “Reuters”in məlumatına görə, IPO vasitəsilə şirkət rekord həcmdə — 75 milyard dollar cəlb etməyi hədəfləyir. 2026-cı ilin fevralında “SpaceX”in dəyəri 1,25 trilyon dollar qiymətləndirilib.
Səhmlərin yerləşdirilməsi üçün təqdim olunan sənəddə şirkətin Ayın kəşfi və Marsın məskunlaşdırılması ilə bağlı planları da qeyd olunub. Potensial layihələr sırasında asteroidlərdə faydalı qazıntıların çıxarılması, Ayda enerji istehsalı və orbitdə istehsal müəssisələrinin yaradılması göstərilib.







