“Cəlilabad Broyler” şirkətinin zərəri 2 dəfəyə yaxın artıb

“Cəlilabad Broyler” ASC-nin 2025-ci il üzrə zərəri illik müqayisədə 93% və ya 2 dəfəyə yaxın artaraq 159.4 min manatdan 307.3 min manata yüksəlib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin gəlirləri 2024-cü ildəki 177.5 min manatdan 2025-ci ildə 129.4 min manata enərək 27% azalıb.

2025-ci ilin sonuna “Cəlilabad Broyler” ASC-nin cəmi aktivləri 7.03 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0.4% azalma deməkdir. Şirkətin cəmi kapitalı illik müqayisədə 6.5% azalaraq 4.9 milyon manatdan 4.6 milyon manata düşüb.

Bununla yanaşı, öhdəliklər 14% artaraq 2.15 milyon manatdan 2.45 milyon manata yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər