Dövlət Gömrük Komitəsi gömrük nəzarəti zamanı risklərin idarə edilməsi sistemini işə salır.
Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bu sistemin tətbiqi “yaşıl dəhliz” sisteminin və digər buraxılış zolaqlarının tətbiqi zamanı tələblərdən biridir: “Biz artıq risklərin idarə edilməsi proqramını hazırlamışıq və bu gün onun təqdimatını keçiririk. Bu təqdimatın məqsədləri gömrük orqanlarının əməkdaşları və BMT-nin İnkişaf Proqramının ofisinin nümayəndələri arasında fikir mübadiləsi aparmaqdır”.
Trend







