“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların satın alınması üzrə tenderə yekun vurub.
Banker.az xəbər verir ki, tenderin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC seçilib. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 23 milyon 156 min manat təşkil edir.
Satınalma çərçivəsində mənzil-kommunal xidmətlərinin fasiləsiz təşkili üçün zəruri olan müxtəlif növ malların təmin edilməsi nəzərdə tutulur.







