2026-ci ilin iyun ayı üzrə ABŞ dolları əmanətləri cədvəllərinin müqayisəsi göstərir ki, bankların təklifləri faktiki olaraq dəyişməyib. Faiz dərəcələri, müddətlər və minimal məbləğlər bütün banklar üzrə eyni qalıb.
Banker.az-ın Monitorinq Qrupunun tərtib etdiyi cədvələ görə, bazarda ən yüksək gəlirliliyi yenə də AFB Bank və Unibank təklif edir. Hər iki bankın 12 aylıq əmanətləri üzrə müddətin sonunda faiz dərəcəsi 4.5%-ə çatır.
Paşa Bank isə 18 aylıq əmanətlər üzrə 4.0% aylıq əsasda faizlə seçilir.
Beləliklə, maydan iyuna dollar əmanətləri bazarında faiz dərəcələrində heç bir dəyişiklik qeydə alınmayıb, banklar mövcud depozit şərtlərini qoruyub saxlayıblar.

Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.







