6 C
Baku
Sunday, December 15, 2024

ƏDV və aksizlər üzrə gömrük daxilolmaları azalıb

Cari ilin iyun ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 144 793,65 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 531,73 min manat yaxud 3,23% çoxdur.

Komitənin verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20 909,76 min manat yaxud 53,12% artaraq 60 270,79 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 17 028,66 min manat yaxud 18,36% azalaraq 75 699,98 min manat, aksizlər 150,71 min manat yaxud 2,37% azalaraq 6220,71 min manat, yol vergisi üzrə daxilolmalar isə 801,33 min manat və ya 44,50% artaraq 2 602,17 min manat təşkil edib.

Report

Son xəbərlər
Digər xəbərlər