2026-cı ilin ilk 5 ayı ərzində (yanvar-may) Azərbaycandan 119 milyon 821 min dollar dəyərində 97 927 ton pomidor ixrac edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2025-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 113 milyon 807 min dollar dəyərində 98 695 ton pomidor ixrac edilmişdi.
Beləliklə, Azərbaycandan pomidor ixracı dəyər ifadəsilə 5.3% artıb, miqdar ifadəsilə 0.8% azalıb.







