Çinin “Xiaohongshu” sosial şəbəkəsi $70 mlrd. qiymətləndirmə ilə 2026-cı ilin sonunadək IPO keçirməyi planlaşdırır

Çinin Xiaohongshu adlı sosial şəbəkəsi  2026-cı ilin sonunadək Honkonq birjasında ilkin kütləvi səhm təklifi (IPO) keçirməyi planlaşdırır. “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır ki, şirkətin bazar dəyəri IPO-dan sonra 70 milyard dolları ötə bilər.

Mənbələrin məlumatına görə, “Xiaohongshu”nun xalis mənfəəti 2026-cı ildə 3 milyard dolları keçəcək. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 2 milyard dollar olub. Platformanın aylıq aktiv istifadəçi sayı isə 400 milyondan çoxdur.

WSJ qeyd edir ki, IPO hazırlığında “China International Capital Corporation” iştirak edir.

Birjaya çıxış üçün “Xiaohongshu” Çin tənzimləyici qurumlarının razılığını almalıdır. Nəşrin qeyd etdiyi kimi, şirkətin ana qurumunun Kayman adalarında qeydiyyatdan keçmiş ofşor strukturunun olması Çin hakimiyyətinin diqqətini cəlb edə bilər.

2025-ci ilin yanvarında ABŞ-də “TikTok”un qadağan olunması ehtimalı fonunda “Xiaohongshu” tətbiqi ABŞ “App Store”da ən çox yüklənən tətbiqə çevrilmişdi. Bunun nəticəsində şirkət ingilis dili bilən moderatorların işə qəbuluna başlayıb.

Bununla belə, WSJ bildirir ki, platforma Çin xaricində hələlik ciddi uğur qazana bilməyib.

“Xiaohongshu” 2013-cü ildə alış-veriş tövsiyələri tətbiqi kimi istifadəyə verilib. Sonradan platforma Çinin ən böyük sosial şəbəkələrindən birinə çevrilib. 2026-cı ildə şirkət ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrdə Redshop adlı marketpleysini də istifadəyə verib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər