Dubay maliyyə bazarının kapitallaşması 270 mlrd. dolları ötüb

Dubay Maliyyə Bazarının bazar kapitallaşması 1 trilyon dirhəmi (təxminən 272 milyard dollar) ötüb. Bu barədə şəhərin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Bir gün əvvəl “Reuters” agentliyi BƏƏ bazarlarının Fars körfəzi regionunun digər ölkələrinin bazarlarını geridə qoyduğunu yazmışdı. Buna səbəb ABŞ və İran arasında sazişin imzalanması mərasiminin hazırlanması ilə bağlı xəbərlər olub.

Dubayın əsas fond indeksi 1,7% yüksəlib. Artımın liderləri birjada listinq olunan şirkətlər olub. “Emaar Properties”in səhmləri 5,1%, “Emirates NBD Bank”ın səhmləri 4,4%, “Air Arabia”nın səhmləri isə 4,9% bahalaşıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər