Ödəniş təşkilatı kapitalını 89% artırdı

Azərbaycanda “ePoint” ödəniş təşkilatının sahibi “Global Innovations” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 675,2 min manatdan 1 milyon 275 min manata yüksəldilib.

Beləliklə, şirkətin nizamnamə kapitalı 600 min manat və ya təxminən 88,9% artıb.

“Global Innovations” MMC-nin 2014-cü ildə təsis edilib və 2024-cü ildə Mərkəzi bankdan lisenziya əldə edib. Şirkətin direktoru Zeynal Əlibəy oğlu Kərimzadədir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər