Azərbaycanın litium-ionlu akkumulyator idxalı 2026-cı ilin ilk dörd ayında kəskin artıb.
Banker.az xəbər verir ki, hesabat dövründə ölkəyə 454.43 min ədəd litium-ionlu akkumulyator idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96.7% çoxdur. 2025-ci ilin ilk dörd ayında Azərbaycana 231.01 min ədəd belə akkumulyator gətirilmişdi.
İdxalın dəyəri isə daha sürətlə artaraq 1.33 mln. dollardan 48.94 mln. dollara yüksəlib. Beləliklə, litium-ionlu akkumulyatorların idxalına yönələn vəsait bir il ərzində təxminən 36.7 dəfə artıb.
İdxalın əsas hissəsi Çinin payına düşüb. Hesabat dövründə Çindən 452.03 min ədəd akkumulyator idxal olunub ki, bu da ümumi idxalın təxminən 99.5%-ni təşkil edib. Bu məhsulların dəyəri 48.62 mln. dollar olub.
Digər tədarükçülər sırasında Malayziya (919 ədəd), Yaponiya (316 ədəd), Türkiyə (228 ədəd), Macarıstan (175 ədəd), Koreya Respublikası və Vyetnam (hər biri 132 ədəd) yer alıb.
Bir ədəd litium-ionlu akkumulyatorun orta idxal dəyəri 107.69 dollara yüksəlib.







