ABŞ və İran nümayəndələri arasında 19 iyun tarixinə İsveçrənin Burqenştok dağ-xizək kurortunda planlaşdırılan danışıqlar baş tutmayacaq. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bundan əvvəl qurum sosial şəbəkədə iki ölkə arasında memorandumun imzalanmasını alqışlayan paylaşım edib və iyunun 19-da nümayəndə heyətlərinin görüşünü elan etmişdi. Məlumata görə, Burqenştokdakı danışıqlarda İran və ABŞ nümayəndələri ilə yanaşı, Pakistan və Qətərdən olan vasitəçilərin də iştirakı nəzərdə tutulurdu.
ABŞ və İran iyunun 15-də razılığın əldə olunduğunu açıqlamış, sənədi isə 18 iyunda məsafədən imzalamışdılar. Saziş tərəflərə nüvə proqramı və digər məsələlər üzrə danışıqlara başlamağa imkan verməlidir.
Bu gün səhər ABŞ tərəfinin əsas danışıqlarçılarından biri olan Cey Di Vens İsveçrəyə səfərini ləğv edib. Ağ Evin nümayəndəsi isə qarşıdakı təmaslarla bağlı planların hələ tam razılaşdırılmadığını bildirib.






