“Araz Supermarket” MMC barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub.
Banker.az xəbər verir ki, 2026-cı il aprelin 15-də aparılan nəzarət tədbirləri zamanı qida məhsulunun üzərində göstərilmiş qiymətdən daha baha satıldığı müəyyən edilib.
Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib. H
üquq pozuntusu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə – malın hesabına dair istehlakçıların az miqdarda aldadılması əlamətləri üzrə rəsmiləşdirilib.
Qeyd edək ki, qurum bundan 2026-cı ilin 22 yanvarında da eyni məsələ üzrə protokol tərtib etmişdi.







