Financial Times: $125 milyard dəyərində yük daşıyan 1,2 min gəmi Fars körfəzində ilişib qalıb

Hörmüz boğazında hərəkətin yavaş bərpa olunması Fars körfəzində yük gəmilərinin toplanmasına səbəb olub. Financial Times (FT) Allianz sığorta şirkətinin hesablamalarına istinadən xəbər verir ki, hazırda boğazdan keçə bilməyən gəmilərin sayı 1,2 mini ötür. Bu gəmilərdə daşınan mal və xammalın ümumi dəyəri təxminən 125 milyard dollar təşkil edir.

ABŞ və İsrailin İranla münaqişəsi başlamazdan əvvəl Hörmüz boğazından gündə təxminən 135 gəmi keçirdi. Bu marşrut dünya üzrə neft və qaz tədarükünün təxminən beşdə birini təmin edirdi.

Aktiv hərbi əməliyyatlar və sonrakı blokada dövründə, əsasən tanker olmaqla, 40-dan çox gəmi raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Nəticədə 14 dənizçi həlak olub.

Lloyd’s List Intelligence məlumatına görə, ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasına dair memorandum imzalandıqdan sonra, iyunun 14-dən 21-dək olan dövrdə Hörmüz boğazından 69 gəmi keçə bilib. Bundan əvvəlki həftədə isə bu göstərici cəmi 24 gəmi olmuşdu.

FT-nin qeyd etdiyi kimi, bəzi nəqliyyat şirkətləri artıq Fars körfəzi regionuna yüklərin daşınması üçün alternativ marşrutlara investisiya yatırmağı planlaşdırırlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər