“SpaceX” $25 mlrd. cəlb etmək üçün beş istiqraz tranşının yerləşdirilməsinə başlayıb

“SpaceX” süni intellekt (AI) sahəsindəki layihələrin maliyyələşdirilməsi məqsədilə ən azı 25 milyard dollar cəlb etmək üçün beş tranşdan ibarət istiqraz yerləşdirilməsinə başlayıb. Bu barədə “Reuters” məlumat yayıb.

İstiqrazlar 5, 7, 10, 20 və 30 il müddətinə buraxılacaq. Cəlb edilən vəsaitlər aralıq kredit üzrə borcların ödənilməsinə və ümumi korporativ məqsədlərə yönəldiləcək.

Agentliyin vəziyyətlə tanış olan mənbəsinin sözlərinə görə, ilk yerləşdirmə artıq 85 milyard dollarlıq sifariş toplayıb. Satış prosesini “Bank of America”, “Citigroup”, “JPMorgan Chase”, “Goldman Sachs” və “Morgan Stanley” həyata keçirir.

İyunun 22-də “SpaceX”in rəhbəri İlon Mask şirkətin investisiya səviyyəli təminatsız istiqrazların buraxılışına başladığını açıqlamışdı. İstiqrazlar yalnız ixtisaslı investorlar arasında yerləşdiriləcək.

Yerləşdirmə “SpaceX”in rekord həcmli IPO-sundan qısa müddət sonra başlayıb. Kosmik şirkətin ilkin kütləvi səhm təklifi iyunun ortalarında baş tutub və 85,7 milyard dollar vəsait cəlb edib.

Əvvəlcə “SpaceX” hər səhm üçün 135 dollar qiymətlə 75 milyard dollar toplamağı planlaşdırırdı. Lakin yüksək tələbat nəticəsində anderrayterlər əlavə 83,3 milyon səhm sata biliblər ki, bu da sövdələşmənin həcmini təxminən 11 milyard dollar artırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər