“Tesla” ilk sükansız avtomobil təqdim edib — Fotolar

“Tesla” yeni iddialı layihəsi olan “Tesla Cybercab” barədə texniki detalları açıqlayıb. Konsept nə qədər innovativ görünsə də, onun nisbətən əlçatan qiymətə təklif ediləcəyi gözlənilir.

5323404250643635753 1

“Cybercab” sükanı olmayan iki nəfərlik kompakt kupedir. Onu klassik mənada avtomobil hesab edib-etməmək mübahisəli olsa da, layihə artıq ABŞ-də bütün zəruri icazələri alıb və 2027-ci ilin əvvəlində satışa çıxarılmalıdır.

Model bir qədər futuristik və hətta cizgi filmi üslubunda görünsə də, bütün texniki həllər maksimum qənaət və nəqliyyat xərclərinin optimallaşdırılması məqsədinə xidmət edir. Avtomobildə yan güzgülər yoxdur, çünki idarəetməni sürücü deyil, elektron sistem həyata keçirir. Salonda sükan, pedallar və digər idarəetmə elementləri də nəzərdə tutulmayıb.

5321493625852074472 1

Enerji sərfiyyatını azaltmaq üçün təkərlər qəsdən dar hazırlanıb, kuzov isə maksimum aerodinamik formaya malikdir.

Sərnişinlərin minməsi və düşməsi üçün qapılar yuxarı açılan formada hazırlanıb. “Tesla” hələlik onların avtomatik mexanizmlə təchiz ediləcəyini açıqlamayıb, lakin belə funksiyanın əlavə versiyalarda təqdim olunacağı istisna edilmir.

5323404250643635755

Təhlükəsizlik baxımından avtomobilin ön hissəsi kifayət qədər uzundur. Kapotun altında yalnız bir elektrik mühərriki yerləşir. Bu həll elektrik avtomobilləri üçün ideal sayılmasa da, istehsal xərclərini azaltmağa imkan verir.

5321493625852074477

Mühərrikin maksimal gücü 222 at qüvvəsidir. Elektrik avtomobilləri standartlarına görə bu göstərici yüksək sayılmır, lakin gücün necə istifadə ediləcəyinə sürücü deyil, elektron idarəetmə sistemi qərar verir.

Batareyanın tutumu 48 kVt-saat təşkil edir. Bununla belə, 1,5 tondan aşağı kütlə və yaxşı aerodinamika sayəsində “Tesla” nəzəri olaraq 673 kilometrlik yürüş ehtiyatı vəd edir. Şirkət etiraf edir ki, real şəraitdə göstəricilər daha aşağı olacaq, çünki avtopilot sistemi xeyli enerji sərf edir və avtomobil tıxacda dayandıqda belə enerji istehlakı davam edir.

5321493625852074475

Sərnişinlərin arxasında kifayət qədər geniş baqaj bölməsi yerləşir. Bununla belə, iki yerlik salonun kütləvi istifadəçilər üçün nə dərəcədə uyğun olacağı hələ də açıq sual olaraq qalır.

“Cybercab” satışlarının 2027-ci ilin əvvəlində başlaması planlaşdırılır. Daha əvvəl İlon Mask bildirmişdi ki, məqsəd avtonom taksinin qiymətini 30 min dollar səviyyəsində saxlamaqdır. Konstruktor həllərinin sadəliyi nəzərə alınarsa, modelin həqiqətən bu qiymətə satışa çıxarılması mümkündür. Lakin belə qeyri-adi nəqliyyat vasitəsinə bazarda nə qədər tələbat olacağını zaman göstərəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər