Dünyada milyarderlərin sayı rekord 3302 nəfərə çatıb

2026-cı ilin aprel ayına olan məlumata görə, dünyada milyarderlərin sayı son 12 ay ərzində 13% artaraq rekord səviyyəyə – 3 302 nəfərə çatıb. Bu məlumatlar UBS-ın illik hesabatında yer alıb.

Bankın qiymətləndirmələrinə görə, hesabat dövründə dünyada milyarderlərin sayı 383 nəfər artıb, onların ümumi sərvəti isə 25% yüksəlib.

Milyarderlərin sayının və sərvətlərinin artımı ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənib. Сənubi Koreyada milyarderlərin sayı 31 nəfərdən 52 nəfərə yüksəlib, onların ümumi sərvəti isə bir il ərzində 139% artıb.

Çilidə milyarderlərin sayı dəyişməsə də, onların sərvəti 80% artıb. Çexiyada isə iki yeni milyarder meydana çıxıb və ümumi sərvət 60% yüksəlib.

Altı ölkədə milyarderlərin sayı azalıb. Onların arasında Səudiyyə Ərəbistanı və Tailand da var. 1 milyard dollardan çox sərvətə malik insanların ən çox yaşadığı ölkə ABŞ-dır. Burada 1 000-dən çox milyarder yaşayır.

Çinin materik hissəsində 562, Hindistanda isə 211 milyarderi var. İlk beşliyi Almaniya (193) və Rusiya (122) tamamlayır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər