“Via Nova Group”un xalis mənfəəti 66% azalıb

“Via Nova Group” QSC 2025-ci ili 3,36 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 66,0% azdır.

Banker.az xəbər verir ki, xalis gəlirlərin azalmasına əsas səbəb əsas əməliyyat gəlirlərinin 44,7% azalaraq 18,79 milyon manata enməsi və bunun nəticəsində ümumi mənfəətin 44,1% azalaraq 17,36 milyon manata düşməsi olub. Eyni zamanda, əməliyyat mənfəəti də 66,4% azalaraq 4,20 milyon manata geriləyib.

Hesabat dövrünün sonunda şirkətin bölüşdürülməmiş mənfəəti 8,61 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 1,3% çoxdur.

2025-ci ildə şirkətin əsas əməliyyat gəlirləri 18,79 milyon manat olub ki, bu da illik müqayisədə 44,7% azdır. Satışın maya dəyəri 19,3% azalaraq 1,44 milyon manata enib. Kommersiya xərcləri 216,5% artaraq 54 min manata yüksəlsə da, inzibati xərclər 35,5% azalaraq 13,10 milyon manat, sair əməliyyat xərcləri isə 67,0% azalaraq 669 min manat təşkil edib. Nəticədə ümumi əməliyyat xərcləri 14,66 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 32,8% azdır.

2025-ci ilin sonuna “Via Nova Group”un cəmi aktivləri 10,45 milyon manat təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 3,8% çoxdur. Aktivlərin 8,16 milyon manatı və ya 78,1%-i qısamüddətli aktivlərin, 2,28 milyon manatı isə uzunmüddətli aktivlərin payına düşüb.

Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 1,83 milyon manat olub və bu göstərici illik müqayisədə 17,3% artıb. Cəmi kapital isə 8,62 milyon manata yüksələrək 1,3% artım göstərib. Kapitalın əsas hissəsini 8,61 milyon manat həcmində bölüşdürülməmiş mənfəət təşkil edir.

“Via Nova Group” QSC 2016-cı ildə təsis edilib və 2000 manat nizamnamə kapitalı var. Şirkət tikinti və infrastruktur layihələrinin icrası sahəsində fəaliyyət göstərən şirkətlər qrupudur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər