İndoneziyaya Rusiya neftinin ilk partiyası çatdırılıb. Aprel ayında iki ölkə arasında imzalanmış saziş çərçivəsində təxminən 770 min barel Rusiya nefti ölkəyə gətirilib. Bloomberg agentliyinin İndoneziya gömrük məlumatlarına istinadən verdiyi xəbərə görə, partiyanın dəyəri təxminən 75 milyon dollar təşkil edir.
Agentliyin məlumatına görə, ilk neft partiyası Primorsk diyarındakı Kozmino limanından yüklənən Sierra tankeri ilə İndoneziyanın Balikpapan limanına çatdırılıb.
Alıcı qismində yanacağın keyfiyyətinə nəzarətlə məşğul olan İndoneziyanın dövlət şirkəti Lemigas çıxış edib. Adətən isə ölkəyə enerji daşıyıcılarının idxalını milli neft şirkəti PT Pertamina həyata keçirir.
Aprel ayında İndoneziya Prezidenti Prabovo Subiantonun Rusiyaya səfəri zamanı 2026-cı ilin sonunadək 150 milyon barel Rusiya neftinin idxalı barədə razılıq əldə olunub.
İndoneziya iri neft idxalçılarından biridir və hər il təxminən 17,5 milyon ton xam neft alır. Hazırda ölkənin əsas neft tədarükçüləri Nigeriya, Səudiyyə Ərəbistanı və Anqoladır.






