Brent neftinin qiyməti 3% bahalaşıb

Londonun ICE birjasında 2026-cı ilin sentyabr tədarüklü Brent markalı neft fyuçerslərinin qiyməti 3% artıb.

Hərrac məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 02:00-a olan vəziyyətə görə, Brent markalı neftin qiyməti 2,95% bahalaşaraq bir barel üçün 78,25 dollar təşkil edib.

Saat 02:35-də isə Brent fyuçersləri 3,17% artımla 78,42 dollar səviyyəsində ticarət olunub. Eyni zamanda, 2026-cı ilin avqust tədarüklü WTI markalı neft fyuçerslərinin qiyməti də 3,12% artaraq 73,64 dollara yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər