Aİ Sudandan qızıl idxalını qadağan edib

Avropa İttifaqı Sudandan qızıl idxalına tam qadağa tətbiq edib, həmçinin qızıl yataqlarının işlənməsində istifadə olunan civə və sianidin bu ölkəyə ixracını qadağan edib. Bu barədə Aİ Şurasının yaydığı bəyanatda bildirilib.

“Sudan istehsalı olan qızılın alınması, idxalı və ya ötürülməsi qadağan edilir”, – deyə sənəddə qeyd olunub.

Bundan əlavə, Avropa İttifaqı Sudana qızıl hasilatında geniş istifadə olunan civə və sianidin satışını, tədarükünü, ixracını və ya hər hansı formada ötürülməsini də qadağan edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər