“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyəti səhmdarların növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib.
Banker.az xəbər verir ki, yığıncaq 25 avqust 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, C. Məmmədquluzadə küçəsi, 85; 192/193 ünvanında yerləşən inzibati binasında baş tutacaq.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən çağırılan növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı mühüm məsələ daxil edilib:
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və Bankın nizamnaməsinin 7.6-cı bəndini rəhbər tutaraq bildirilir ki, səhmdarlar ümumi yığıncağın gündəliyindəki məsələyə münasibətlərini (lehinə, əleyhinə və bitərəf) dəqiq və şərtsiz bildirməklə səsvermədə qiyabi iştirak edə bilərlər.







