Azərbaycan Mərkəzi Bankı ilə Böyük Britaniyanın Chartered Insurance Institute arasında strateji əməkdaşlığın qurulması istiqamətində ilkin razılıq əldə olunub.
Mərkəzi Bankın yaydığı məlumata görə, tərəflər Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafının dəstəklənməsi, həmçinin beynəlxalq səviyyəli tədris proqramının tətbiqi imkanlarını müzakirə ediblər.
Əməkdaşlıq çərçivəsində institutun professor və ekspertlərinin iştirakı ilə sığorta və risk menecmenti sahəsində tədris proqramının həyata keçirilməsi nəzərdə tutulur.
Proqramın sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər üçün nəzərdə tutulduğu bildirilir.







