Bankların biznes kreditləri üzrə RENKİNQİ: həcm, dinamika və bazar payı (01.07.2026)

Azərbaycanda fəaliyyət göstərən bankların biznes kreditləri portfelinin həcmi 2026-cı ilin ikinci rübünün sonuna 17 milyard 173,9 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 6,9% artım deməkdir.

Banker.az-ın tərtib etdiyi rekinqə əsasən, biznes kreditləri portfelinin həcminə görə ilk sırada ABB qərarlaşıb. Bankın biznes kreditləri portfeli 3 milyard 664,7 milyon manata yüksəlib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,4% artım deməkdir.

İkinci yerdə PAŞA Bank 3 milyard 309,9 milyon manatlıq biznes kreditləri portfeli ilə yer alıb. Bankın bu portfeli hesabat dövründə 6,3% böyüyüb. İlk üçlüyü isə Kapital Bank tamamlayıb. Bankın biznes kreditləri portfeli 2 milyard 44,6 milyon manat təşkil edib və ilin əvvəlindən 20,8% artıb.

İlk üç bankın ümumi biznes kreditləri portfeli 9 milyard 19,3 milyon manat olub. Beləliklə, ilk üç bankın biznes kreditləri bazarındakı payı ilin əvvəlindəki 52,0%-dən 52,5%-ə yüksələrək 0,5 faiz bəndi artıb.

İlin əvvəlindən biznes kreditləri portfelini ən yüksək templə artıran bank AFB Bank olub. Bankın biznes kreditləri portfeli 49,1% artıb. Sonrakı yerlərdə Unibank (25,1%), Bank Melli Iran, Bakı filialı (21,2%), Kapital Bank (20,8%) və Azərbaycan Sənaye Bankı (20,4%) qərarlaşıb.

32423423

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər