Londonun ICE birjasında sentyabr tədarüklü Brent markalı neft fyuçerslərinin qiyməti 11 iyundan bəri ilk dəfə olaraq bir barel üçün 92 dolları ötüb. Bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, Brent markalı neftin qiyməti 1,12% artaraq bir barel üçün 92,03 dollara yüksəlib.
Saat 05:17-yə isə artım sürətlənib və Brent bir barel üçün 92,16 dollar (+1,26%) səviyyəsində ticarət olunub.







