COMEX (Nyu-York Əmtəə Birjasının bölməsi) birjasında 2026-cı ilin avqust tədarüklü qızıl fyuçerslərinin qiyməti 14 iyuldan bəri ilk dəfə bir troya unsiyası üçün 4 100 dolları ötüb. Bunu ticarət meydançasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 04:17-yə olan məlumata görə, qızılın qiyməti 2,17% artaraq bir troya unsiyası üçün 4 102,9 dollara yüksəlib.
Saat 04:50-də isə fyuçersin artım tempi zəifləyib və qızıl bir troya unsiyası üçün 4 101,9 dollar (+2,14%) səviyyəsində ticarət olunub.







