Azərbaycanda elektrik turbinləri enerji istehsalını 4 dəfə artırıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 12 milyard 536,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.

Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 12 milyard 170,9 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 2,7% azalma deməkdir.

Elektrik istehsalında əsas paya malik istilik elektrik stansiyalarında hasilat 9 milyard 414,2 milyon kilovat-saata enib və 8,3% azalıb. Su elektrik stansiyalarının istehsalı isə 1 milyard 874,4 milyon kilovat-saata çataraq 1,7% artıb.

Bərpa olunan enerji mənbələri üzrə dinamika fərqli olub. Külək elektrik stansiyalarında istehsal 499,9 milyon kilovat-saat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə artıb.

Günəş elektrik stansiyalarının istehsalı 256,4 milyon kilovat-saat olmaqla 0,8% azalıb. Biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyalarda elektrik istehsalı isə 126 milyon kilovat-saata çataraq 6,9% yüksəlib.

Bu il Azərbaycandan xaricə 271 mln. kVt-saat və ya 14.37 mln. Dollarlıq elektrik satıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər