İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, üç neft tankeri Hörmüz boğazının cənubunda minalanmış marşrutla hərəkət etməyə cəhd edib. Onlardan biri minaya düşüb və gəmidə yanğın başlayıb.
SEPAH-ın məlumatına görə, digər iki tanker geri dönərək boğazı tərk edib. Bəyanatda qeyd olunub ki, “Hörmüz boğazı bizim nəzarətimiz altındadır və ABŞ regionda aqressiv fəaliyyətini davam etdirdiyi müddətdə tamamilə bağlı qalacaq”.
Bir gün əvvəl SEPAH Hörmüz boğazının cənub hissəsinin minalandığını açıqlamışdı. Buna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İran Hörmüz boğazına nəzarət etmir və kommersiya gəmiləri marşrutdan sərbəst şəkildə keçməyə davam edir.







