Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ləğv etdiyi dörd kommersiya bankının ümumilikdə 450-yə yaxın işçisi olub.
SalamNews xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, Palatanın lisenziyası ləğv edilən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC bankının sağlamlaşdırılması ilə bağlı cəhdləri nəticə verməyib: “Hazırda ölkədə qalan banklar normal rejimdə fəaliyyət göstərir və bank sektorunda ciddi problem yoxdur.”