ECB-nin rəhbəri Kristin Laqard 2027-ci ilə qədər istefa verməyəcəyini bildirib

Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard bildirib ki, ən azı 2026-cı ilin sonuna qədər vəzifəsini tərk etməyi planlaşdırmır. Onun səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatır.

“Üfüqdə qara buludlar toplaşanda kapitan gəmini tərk etmir”, — deyə Laqard iyulun 23-də keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib. Bu barədə Bloomberg məlumat yayıb.

70 yaşlı Kristin Laqard 2019-cu ilin noyabrından Avropa Mərkəzi Bankına rəhbərlik edir.

Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların fikrincə, onun ən real varisi İspaniya Bankının keçmiş rəhbəri Pablo Ernandes de Kosadır. O, hazırda Beynəlxalq Hesablaşmalar Bankına (BIS) rəhbərlik edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər