Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 14%-ə endirib

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 14,25%-dən 14%-ə endirib. Bu barədə tənzimləyicinin press-relizində deyilir.  Bildirilir ki, iyulun 20-nə olan məlumata görə, Rusiyada illik inflyasiya bir həftə ərzində 5,84%-ə yüksəlib.

İnflyasiyanın artımına əsas töhfəni benzin və dizel yanacağının bahalaşması verib, lakin onların qiymət artımı tempi müvafiq olaraq 1,66% və 1,87%-ə qədər zəifləyib. Rusiya Mərkəzi Bankının inflyasiya hədəfi 4% təşkil edir.

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ilk dəfə 2025-ci il iyunun 6-da 21%-dən 20%-ə endirib. Daha sonra dərəcə iyulda 18%-ə, sentyabrda 17%-ə, oktyabrda 16,5%-ə, dekabrda 16%-ə, fevralda 15,5%-ə, iyunda isə 14,25%-ə endirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər