İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək.
Bu barədə İsrailin Baş nazirinin dəftərxanasından bildirilib.
Məlumata görə, B.Netanyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.
Qeyd edək ki, daha əvvəl B.Netanyahunun ABŞ-yə səfərinin iyulun sonuna keçirildiyi bildirilmişdi. Buna səbəb B.Netanyahunun da iştirak etməli olduğu ABŞ senatoru Lindsi Qremin anım mərasiminin ayın sonuna təxirə salınması idi.







