“Electro Industries” QSC 2025-ci ili 23,3 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 32,3% azdır.
Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında bildirilir.
Şirkətin əsas əməliyyat gəlirləri 115,5 milyon manat təşkil edib və illik müqayisədə 25,3% azalıb. Satışın maya dəyəri 84,5 milyon manata enərək 25,9% azalıb, ümumi mənfəət isə 31 milyon manat olub ki, bu da 24,8% azalma deməkdir. Əməliyyat mənfəəti 29,9 milyon manat təşkil edib və əvvəlki illə müqayisədə 31,4% azalıb. Mənfəət vergisi üzrə ödənişlər 5,8 milyon manat olub ki, bu da illik müqayisədə 27,9% azdır.
2025-ci ilın sonuna şirkətin cəmi aktivləri 74,6 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 3,1% artım deməkdir. Cəmi kapital 23,7 milyon manata enərək 26,5% azalıb. Cəmi öhdəliklər isə 50,9 milyon manata yüksəlib və bu göstərici bir il əvvələ nisbətən 47,4% artıb. Pul vəsaitləri və onların ekvivalentləri 33,9 milyon manata çataraq 35,7% artıb, qısamüddətli debitor borcları isə 4,4 milyon manata yüksələrək 91,9% artım göstərib. Digər qısamüddətli aktivlər 25,1 milyon manat olub və 4,6% azalıb. Əsas vəsaitlərin dəyəri isə 920 min manata enərək 5,9% azalıb.
Şirkətin uzunmüddətli öhdəlikləri 48,7 milyon manat təşkil edib, halbuki 2024-cü ilin sonunda bu maddə üzrə öhdəlik qeydə alınmamışdı. Uzunmüddətli borcların əsas hissəsini 48,7 milyon manat məbləğində uzunmüddətli kreditor borcları formalaşdırıb. Qısamüddətli öhdəliklər isə 2,2 milyon manata düşərək illik müqayisədə 93,7% azalıb. Bu azalma əsasən qısamüddətli kreditor borclarının 34,8 milyon manatdan 2,2 milyon manata enməsi ilə bağlı olub. Şirkətin investisiyaları hesabat dövrünün sonunda 19,3 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 99,2% azdır. Bölüşdürülməmiş mənfəət 23,7 milyon manata enərək 26,5% azalıb.
“Electro Industries” QSC 21 oktyabr 2020-ci ildə “Verdice Service Company” MMC adı ilə təsis edilib, 2 oktyabr 2018-ci ildən isə “Electro Industries” QSC kimi fəaliyyət göstərir. Şirkət elektrik obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri sahəsində fəaliyyət göstərir. Nizamnamə kapitalı 2 min manatdır. Şirkətin yeganə səhmdarı Cəfərov Ənvər Ağabala oğludur və onun payı 100%-dir.







