Dövlət büdcəsindən ilk yarımildə 945 mln. manat borc qaytarılıb

2026-cı ilin ilk yarısında Azərbaycanda dövlət büdcəsi xərclərinin 5.6 %-i və yaxud 944.8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Banker.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,05 % azdır.

Yarım il ərzində daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat) ödənilib.

Bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər