Nərminə Elsevər qızı Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının daha bir Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev isə Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.







