Azərbaycanda fermerlər üçün səyyar baytarlıq xidməti istifadəyə veriləcək

“AzerGold” QSC Aqrar İnkişaf Mərkəzi ilə birgə “Çevik baytar yardımı” adlı yeni layihəyə başlayacaq.

Layihənin payız aylarında Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

Qeyd olunub ki, layihə təcili tibbi yardım modelinə bənzər prinsiplə fəaliyyət göstərəcək. Belə ki, fermerlər çağrı mərkəzinə müraciət etdikdən sonra baytar briqadası birbaşa təsərrüfata gedərək heyvanı yerində müayinə edəcək, zəruri nümunələr götürəcək və ilkin baytarlıq müdaxiləsini həyata keçirəcək.

Bildirilib ki, layihənin əsas məqsədi, xüsusilə Daşkəsən kimi ucqar ərazilərdə yaşayan fermerlərin baytarlıq xidmətlərinə çıxışını asanlaşdırmaq və onların əlavə vaxt və maliyyə itkisinin qarşısını almaqdır.

Şirkət qeyd edib ki, layihənin ilkin mərhələdə Daşkəsən və Göygöl rayonlarını əhatə etməsi nəzərdə tutulur.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər