Bloomberg: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqların detallarını açıqlayıb

İran və Oman nümayəndələri Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasına dair mümkün razılaşmanı müzakirə edirlər. Bu barədə Bloomberg məlumat yayıb.

Tərəflər rəsmi nümayəndələrinin həftəsonu Tehranda keçirdiyi görüşdən sonra danışıqları davam etdirirlər.

Agentliyin qeyd etdiyi kimi, məsləhətləşmələrin uğurla başa çatması ABŞ ilə İran arasında sülh danışıqlarının bərpası üçün şərait yarada bilər.

Mənbələrin sözlərinə görə, ssenarilərdən biri boğazdan keçən “orta dəhliz”in açılmasını nəzərdə tutur. Hazırda gəmilər ya İran sahilləri boyunca yerləşən şimal keçidindən, ya da Oman ərazisinə yaxın cənub dəniz dəhlizindən istifadə edirlər. Bildirilir ki, “orta dəhliz”in akvatoriyasında İran tərəfindən yerləşdirilmiş dəniz minaları ola bilər. Böyük Britaniya və Fransa da daxil olmaqla Avropa ölkələri təhlükəsizlik təmin olunduqdan sonra minaların təmizlənməsi işlərinə rəhbərlik etməyə hazır olduqlarını bildiriblər.

Axiosun məlumatına görə, Oman, Qətər, Misir və Pakistanın vasitəçiliyi ilə aparılan prosesə ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşulublar. ABŞ Prezidenti Donald Tramp isə danışıqların keçirildiyini təsdiqləyib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər