Təmizlik xidmətləri sahəsində fəaliyyət göstərən “ALPA” ASC 2025-ci ili 4,6 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 95,2% azdır.
Banker.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri illik müqayisədə 1,9% azalaraq 195 min manata düşüb. Satışın maya dəyəri isə 115,2% artaraq 189,2 min manata yüksəlib.
Nəticədə BFB-də səhm emissiya etmiş bu şirkətin ümumi mənfəət 94,8% azalaraq 5,8 min manat təşkil edib.
Vergidən əvvəlki mənfəət 77,1% azalaraq 5,8 min manata, mənfəət vergisi isə 77,0% azalaraq 1,2 min manata enib.
Xatrladaq ki, “ALPA” ASC 2019-cu il mayında yaradılıb və təmizlik xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 205 min manatdır. Cəmiyyətin yeganə səhmdarı nizamnamə kapitalının 100%-nə sahib olan Sima İsmayılova Şirin qızıdır. Baş direktor Arif İsmayılov Xəlil oğludur. Cari ilin əvvəlinə şirkətdə 17 nəfər çalışıb.
Sima İsmayılova 2025-ci ilin üçüncü rübündə şirkətə 200 min manat səhm emissya edrək almışdı.






