Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, K.Xasiyev 2021-ci il iyulun 23-də Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada səfiri vəzifəsinə təyin olunmuşdu.







