Comex birjasında avqust tədarüklü qızıl fyuçerslərinin qiyməti 2026-cı il iyulun 22-dən bəri ilk dəfə bir troya unsiyası üçün $4 150 həddini keçib. Bu, ticarət platformasının məlumatlarından məlum olub.
Bakı vaxtı ilə saat 05:06-ya olan məlumata görə, qızılın qiyməti 2,79% artaraq bir troya unsiyası üçün $4 151,5-ə yüksəlib.
Saat 05:35-ə olan məlumata əsasən isə artım tempi zəifləyib və fyuçerslərin qiyməti bir troya unsiyası üçün $4 146 səviyyəsində olub.







