Şirkətlərin nizamnamə kapitalı ilə bağlı məlumatlar EHİS vasitəsilə Vergi Xidmətinə ötürüləcək

Kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payı ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da müvadiq dəyişiklik edib.

Qərara əsasən,kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər