Cari il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 13 milyard 767.9 milyon ABŞ dolları təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, iyulun 1-i ilə müqayisədə 4.6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23% çoxdur.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları bu il iyulun 1-nə 13 milyard 157.6 milyon ABŞ dolları, ötən ilin avqustun 1-nə isə 11 milyard 191.2 milyon ABŞ dolları olub.







