SOCAR-ın prezidenti BYD-nin rəhbər şəxsi ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri Peter Siyarto ilə görüşüb.

Görüşdə SOCAR-ın “yaşıl enerji” gündəliyi, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib.

Söhbət zamanı bərpa olunan enerji texnologiyalarının sənaye proseslərinə inteqrasiyası və müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər