Səhiyyə Nazirliyi inzibati binasını 100 min manata yaxın məbləğə təmir etdirir

Səhiyyə Nazirliyi inzibati binasının cari təmiri üçün satınalma elan edir.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati binasında cari təmir işlərinin həyata keçirilməsi məqsədilə açıq tender müsabiqəsi elan edib.

Müsabiqə şərtlərinə əsasən, nəzərdə tutulan təmir işlərinin ehtimal olunan ümumi qiyməti 95 890,39 manat təşkil edir.

Satınalma çərçivəsində nazirliyin Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanında yerləşən inzibati binasında bərpa və yenilənmə işlərinin aparılması planlaşdırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər