Gürcüstandan Azərbaycana qayıtmaq istəyən bəzi vətəndaşlar problemlə üzləşib.
Banker.az xəbər verir ki, bu barədə Baku.ws-ə müraciət edən vətəndaş özü və ailəsi ilə yanaşı, yüzlərlə azərbaycanlının Gürcüstandan Bakıya qayıtmaqda çətinlik çəkdiyini deyib.
Onun sözlərinə görə, qatar biletləri tükənib. Bu səbəbdən onlar Azərbaycanın Gürcüstandakı səfirliyinə də müraciət ediblər.
Məsələ ilə bağlı sorğuya cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, yüksək tələbat səbəbindən Gürcüstandan Azərbaycan istiqamətində sentyabrın 17-dək bütün qatar biletləri satılıb.
ADY sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və biletlərini öncədən almağı tövsiyə edib.







