Azərbaycan pomidor istehsalçısı olan “Agroterm” MMC nizamnamə kapitalını azaldır.
Banker.az xəbər verir ki, “Agroterm” MMC nizamnamə kapitalının 2 100 000 manata azaldığını elan edir.
Buna qədər şirkətin kapitalı 20 262 455 manat olub. Belə ki, MMC-nin nizamnamə kapitalı 18 162 455 manat azaldılıb.
Qeyd edək ki, “Agroterm” MMC 2017-ci ildə yaradılıb, qanuni təmsilçisi isə Teymur İsmayılovdur.







