İran Hörmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürüb

İran Hürmüz boğazının yenidən açılması üçün ABŞ-nin siyasətini dəyişməli olduğunu açıqlayıb.

Bunu İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqiri Zülqədr yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Hürmüz boğazının açılması ABŞ-ın İrana münasibətini dəyişməsindən asılıdır.

“ABŞ davranışlarını düzəldənə qədər Hürmüz boğazı açılmayacaq”, – deyə Zülqədr bildirib.

İranlı rəsmi boğazın açılması üçün ABŞ-ın bir sıra tələbləri yerinə yetirməli olduğunu qeyd edib.

Zülqədr ABŞ-dan İranın dondurulmuş aktivlərini qeyd-şərtsiz azad etməyi, dəniz blokadasına son qoymağı, dəniz və hava qüvvələrini İran ətrafından çıxarmağı, sanksiyaları ləğv etməyi və İranla bağlı son iki müharibəyə görə təzminat ödəməyi tələb edib.

Bundan əlavə, İran rəsmisi ABŞ-ın Livan, Fələstin, Yəmən və İraqdakı İran müttəfiqlərinə qarşı apardığı müharibəyə son qoymasını, İranı təhdid etməməsini və “İran xalqının müqəddəslərinə hörmətsizlik etməməsini” şərt kimi irəli sürüb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər